Bakıda 113 minlik DƏLƏDUZLUQ:  Saxlanılanlar var
09 sentyabr 2024 11:29 (UTC +04:00)

Bakıda 113 minlik DƏLƏDUZLUQ: Saxlanılanlar var

Müxtəlif vaxtlarda 5 nəfərin 80.000, 20.000, 8000, 2000 və 3500 manat olmaqla ümumilikdə 113.500 manat pullarının aldadılaraq alınması, bir nəfərin isə onu aldadan şəxsin hesabına 2000 manat ödətdirməsi barədə polisə məlumatlar daxil olub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, paytaxtın Xəzər, Nəsimi, Nizami və Yasamal rayonlarında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən S.Şirinov, A.Zeynalov, C.Hacıyev və S.Mənsimov müəyyən olunaraq saxlanılıblar. 

Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1302
avatar

Arzu Qurbanlı

Oxşar yazılar