Bakının Sabunçu rayonunda evdən 11 yaşlı uşağın meyiti tapılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.
2012-ci il təvəllüdlü Əliyeva Dəniz Rasim qızı yaşadığı evin vanna otağında dəm qazından boğularaq ölüb.
Uşağın meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.
Ölümün dəqiq hansı şəraitdə baş verdiyi araşdırılır.