Bakı sakininin pulu oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, fevralın 11-də Xətai rayonu ərazisində paytaxt sakini olan 1 nəfər bankomatdan çıxardığı 2000 manatının oğurlanması barədə polisə müraciət edib.
Oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.