Bakı sakini bıçaqlandı
23 sentyabr 2022 04:03 (UTC +04:00)

Bakı sakini bıçaqlandı

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Manafov Qalib Kərim oğlu mübahisə zəminində tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktı Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları araşdırır.

Hadisənin təfərrüatı araşdırılır.

# 1527
avatar

Oxşar yazılar