Bakı-Quba yolunda AĞIR QƏZA:  ölən var - VİDEO
04 mart 2026 16:31 (UTC +04:00)

Bakı-Quba yolunda AĞIR QƏZA: ölən var - VİDEO

0

Sumqayıt şəhərinin çıxışı, Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına ağır vəziyyətdə hospitalizasiya olunan 49 yaşlı şəxsin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, bioloji ölüm faktı qeydə alınıb.

Lent.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, hazırda 35yaşlı şəxsin müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

***
16:17

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Quba magistral avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Man” markalı yük avtomobilinin “Howa” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Man” markalı yük avtomobilindəki vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaş, 49 yaşlı Abbasov Babək Şükür oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 444

Oxşar yazılar