Çiyninə dəyən oğlanı  öldürdülər - "Dedi ki, oğlun elə ölməli adam idi"
04 mart 2026 12:15 (UTC +04:00)

Çiyninə dəyən oğlanı öldürdülər - "Dedi ki, oğlun elə ölməli adam idi"

0

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl və xuliqanlıq törətməkdə ittiham olunan Natiq İmamcanov və Hacıəliyev Afiqin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid Ş.Ə. bildirib ki, qətlə yetirilən Turan Əliyevin anasıdır:

"Dedilər ki, oğlum marketə gedəndə çiyni bir oğlanla toqquşub, məsələ də ondan sonra yaranıb. Qızım zəng elədi ki, Turanı bıçaqlayıblar. Ağlım başımdan çıxdı, evdən necə hövlnak çıxdığımı bilmirəm. Mən hadisə yerinə gələndə Natiq və Afiq çöldə idi. Bıçaq Afiqin əlində idi, onun boynundan qan axırdı. Amma Natiqin üzərində qan yox idi. Mən gələndə polis maşını kafenin qarşısında idi. Onlarla eyni çatdım ora. Kafenin şüşələri sınıq-sınıq idi. Natiq məni görən kimi nə olub, nə məsələdir, niyə gəlmisən? Oğlun elə ölməli adam idi deyib üstümə çığırdı. Natiq belində bıçaq, hazırlıqlı vəziyyətdə gəlib ora. Özü oğlumu vurmasa da günahkardır. Onu heç vaxt bağışlamaram".

Növbəti proses 1 aprel saat 11:30-a  təyin olunub.

Xatırladaq ki, ötən il paytaxt ərazisində Afiq Hacıəliyev mübahisə zəmnində tanışı Turan Əliyevə bıçaqla xəsarət yetirərək öldürüb. Hadisə günü tanışı Natiq İmamcanovla birlikdə olan Afiq Hacıəliyev təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub, Afiq Hacıəliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) Natiq İmamcanova isə 221.3-cü ( xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 551

Oxşar yazılar