Niyə paltaryuyan maşına sirkə əlavə etmək  lazımdır?
04 mart 2026 13:14 (UTC +04:00)

Niyə paltaryuyan maşına sirkə əlavə etmək lazımdır?

0

Sirkə kondisioner əvəzi kimi, qoxuların aradan qaldırılması, ləkələrin çıxarılması, rəngin qorunması, ağartma və paltaryuyan maşının təmizlənməsi üçün istifadə oluna bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, sirkə yalnız mətbəx məhsulu deyil, həm də ev üçün universal vasitədir. Ondan döşəmələrin təmizlənməsində, zərərvericilərlə mübarizədə və əlbəttə ki, paltar yuyarkən istifadə olunur. Bu məqsəd üçün turşuluq dərəcəsi 5 faiz olan adi ağ sirkə daha uyğundur həm universal, həm də məişətdə təhlükəsizdir.

Sirkəni kondisioner əvəzi kimi necə istifadə etməli

Parçanı yumşaltmaq və statik elektriki azaltmaq üçün kondisioner bölməsinə 1/4 stəkan ağ sirkə əlavə edin.

Əgər paltarda kif və ya ağır qoxu varsa, yuma zamanı 1/4-1/2 stəkan sirkə əlavə edin.

Ləkəni sirkə ilə necə çıxarmaq olar - resept

1 xörək qaşığı sirkəni 1 xörək qaşığı maye yuyucu vasitə ilə qarışdırın, ləkənin üzərinə çəkin, ən azı 1 saat saxlayın, sonra paltarı adi qaydada yuyun.

Əşyaları sirkə ilə necə ağartmaq olar?

Ağ paltarları gecə boyu bu məhlulda isladın: 4 litr isti suya 1 stəkan sirkə. Daha sonra tozla yuyun. Sirkəni heç vaxt ağardıcı (xlorlu vasitə) ilə qarışdırmayın. Paltarların rənginin solmaması üçün kondisioner bölməsinə 1/4 stəkan sirkə əlavə edin.

Paltaryuyan maşını sirkə ilə necə təmizləmək olar?

Boş maşını isti su rejimində işə salın və 1 stəkan sirkə əlavə edin. Həmçinin rezin hissələri və sıxacları sirkə ilə isladılmış parça ilə silmək olar.

Sirkədən nə vaxt istifadə etmək olmaz qaydalar

Ekspert elastan tərkibli geyimləri (idman geyimləri, çimərlik geyimləri, alt paltarları) yuyarkən sirkədən istifadə etməməyi məsləhət görür, çünki turşu lifləri zədələyə bilər. Sirkəni xlorlu ağardıcı, ammonyak və soda ilə birlikdə istifadə etməyin. Hər yuma zamanı sirkə əlavə etmək də məsləhət deyil, tez-tez istifadə maşının rezin hissələrinə və zərif parçalara zərər verə bilər. Onu yalnız ehtiyac olduqda tətbiq edin və hər zaman texnika istehsalçısının tövsiyələrini və geyim etiketlərini yoxlayın.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar