Bakı-Qazax yolunda QƏZA: azyaşlı qız öldü
28 avqust 2024 12:13 (UTC +04:00)

Bakı-Qazax yolunda QƏZA: azyaşlı qız öldü

Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol qəzası olub.

Bu barədə Lent.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Təkəri partlayan qoşqulu yük avtomobili minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan azyaşlı qız həyatını itirib, onun anası, bacısı və digər qohumu isə xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəblərdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini nəzərə alaraq, bir daha sürücüləri, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxsləri nəqliyyat vasitələrinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, reysqabağı texniki müayinədən keçməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən avtomobillə yola çıxmaqdan çəkinməyə çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1410
avatar

Oxşar yazılar