Bakı-Qazax yolunda  DƏHŞƏTLİ QƏZA : ölənlər var
29 iyun 2021 09:01 (UTC +04:00)

Bakı-Qazax yolunda DƏHŞƏTLİ QƏZA: ölənlər var

Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarında Bakı-Qazax yolunun Ağdaşın Ləki qəsəbəsi ərazisindən keçən hissəsində "Mercedes" markalı minik və "MAN" markalı yük avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

Ağdaş təcili tibbi yardım stansiyasından verilən məlumata görə, ölən şəxslərdən 35 yaşlı Niftalıyev Tofiq Məhəmməd oğlunun və yaralılardan 44 yaşlı Həlləyev Şamil Əli oğlunun adı məlumdur. Ölən şəxslərdən daha iki nəfər 113 təcili yardım xidmətinin avtomobili ilə Yevlax morquna aparılıb, şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3558
avatar

Oxşar yazılar