Bu gün Bakı metrosunda ölən şəxsin məşhur müğənni Çinarə Məlikzadənin atası olduğu üzə çıxıb.
Lent.az xəbər verir ki, bu barədə Hacı Nuran sosial şəbəkədə bildirib.
Qeyd olunur ki, sənətçinin atası Məlik Ağalar oğlu Məlikzadə bu gün metronun "Nərimanov" stansiyasında dünyasını dəyişib.
Hacı Nuran Çinarə ilə fotosunu paylaşaraq atasının vəfatına görə ona başsağlığı verib:
"Bir gün gələr, bir gün köçər bu dünyadan ... Olumlu-ölümlü bu dünyadan daha bir ata köçdü ... Xətrini dünyalar qədər istədiyim bir insanın müğənni Çinarə Məlikzadənin atası Məlik Ağalar oğlu Məlikzadə (06.06.1962 - 29.11.2023) metroda qəflətən dünyasını dəyişdi".
Xatırladaq ki, bu gün metronun "Nərimanov" stansiyasında bir kişi qatardan düşüb stansiyanı tərk edən ahıl yaşlarında kişi sərnişin stansiya vestibülündə özünü pis hiss edib və dünyasını dəyişib.
Bakı Metropolitenindən bildirilib ki, çağırılmış təcili tibbi yardım xidməti ölüm faktını təsdiq edib.
***
Saat: 14:51
Bakıda metroda yaşlı kişi dünyasını dəyişib.
Bu barədə Lent.az-a Bakı Metropoliteni QSC-dən məlumat verilib.
Hadisə "Nərimanov" stansiyasında qeydə alınıb. Belə ki, qatardan düşüb stansiyanı tərk edən ahıl yaşlarında kişi sərnişin stansiya vestibülündə özünü pis hiss edib və dünyasını dəyişib.
Çağırılmış təcili tibbi yardım xidməti ölüm faktını təsdiq edib.