Bakı metrosunda qatarların hərəkətində gecikmə olub.
Lent.az xəbər verir ki, gərginlik düşməsi nəticəsində "Avtovağzal" stansiyasında saat 11:55-də işıqlanma sistemində problem yaranıb.
4 dəqiqədən sonra işıqlanma bərpa olunub. Bənövşəyi xətt üzrə qatarların hərəkətində 4 dəqiqə gecikmə olub. Hazırda tam aradan qaldırılıb. Qatarlar interval üzrə hərəkət edir.
Hadisənin səbəbləri araşdırılır.