Bakı metrosunda cibgirlik edən saxlanıldı
29 fevral 2024 11:51 (UTC +04:00)

Bakı metrosunda cibgirlik edən saxlanıldı

Bakı metrosunda oğurluq olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, fevralın 22-də metro stansiyaların birində bir qadının cibindən mobil telefonu oğurlanıb.

Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Kamil Babayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 2244
avatar

Oxşar yazılar