Bakıda daha bir məhkum ölüb.
Lent.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı müalicə müəssisəsində qeydə alınıb.
Orada saxlanılan Səmid Əzizağa oğlu Zeynalov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, S.Zeynalov 2013-cü ildə qətl törədib. İmişli sakini olan S.Zeynalov çobanı öldürmək ittiham olunub.