Bakı-Ələt yolunda maşın aşdı:  Ölən var  - YENİLƏNİB
19 yanvar 2023 18:12 (UTC +04:00)

Bakı-Ələt yolunda maşın aşdı: Ölən var - YENİLƏNİB

Yol polisi Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

Daxili İşlər Nazirliynin Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, bu gün saat 15 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən hissəsində Neftçala rayonu, Xolqarabucaq kəndində qeydiyyatda olan 1987-ci il təvəllüdlü Qurbanov Hüseyn Əsədulla oğlu idarə etdiyi “Mercedes 190” markalı, 99-KO-139 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun sağ kənarına aşırıb.

Qəza nəticəsində sürücü Hüseyn Qurbanov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

***

18:06

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə Bakı-Ələt yolunda qeydə alınıb.

“Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücünün öldüyü, maşında olan sərnişinin isə xəsarət aldığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3360
avatar

Oxşar yazılar