Bakıda intihara cəhd hadisəsi olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, 1973-cü il təvəllüdlü Mirzəyev Vüqar Ramiz oğlu özünü Dənizkənarı Milli Park ərazisində dənizə ataraq özünü öldürmək istəyib. Hadisə yerinə gələn FHN-in Sulardan Xialsetmə Xidmətinin əməkdaşları onu batma təhlükəsindən xilas ediblər. Hazırda onun vəziyyəti qənaətbəxşdir.
***
Saat: 10:31
Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən xilas edilib.
Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkın yaxınlığında 1 nəfərin dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.