Moskvada telefon sifariş edən şəxs dələduzluqla üzləşib.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, Moskva sakini 10 milyon rubl (təxminən 208 min manat) dəyərində qiymətli daşlarla bəzədilmiş “Vertu” telefonu sifariş edib. O, “Afimall” ticarət mərkəzində satıcı ilə görüşüb.
Qutunu verib alıcıdan pul alandan sonra satıcı tez gözdən itib. Qutunu açan gənc bahalı telefon əvəzinə bir paket kağız tapıb.
Zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib