Badamdarda dağ ətəyində baş vermiş yanğın söndürüldü - FOTO  - VİDEO  - YENİLƏNİB
25 iyul 2021 02:57 (UTC +04:00)

Badamdarda dağ ətəyində baş vermiş yanğın söndürüldü - FOTO - VİDEO - YENİLƏNİB

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Lent.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, əməliyyat şəraitinin operativ və düzgün qiymətləndirilməsi, yanğına çevik müdaxilə, cəlb edilən qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sayəsində yanğının geniş əraziyə və yaşayış evlərinə tərəf yayılmasının qarşısı alınıb.

İlkin məlumata əsasən, yanğın nəticəsində quru ot və kol-kos yanıb.

Qeyd edək ki, ərazinin relyefinin mürəkkəbliyi səbəbindən yanğınsöndürmə işlərinə yanğın texnikalarının cəlb olunması mümkün olmayıb. Yanğınsöndürmə işlərində əl əməyindən istifadə olunub.

Əlavə məlumat veriləcək.

***

Saat 00:32

Bakının Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində, dağətəyi yerdə yanğın baş verib.

APA-nın məlumatına görə, hadisə zamanı əsasən quru ot, kol-kos yanıb. Yanğın hazırda da davam edir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər görülür.

# 5163
avatar

Oxşar yazılar