Baba ağlayan nəvəsini binadan atdı
25 mart 2023 18:15 (UTC +04:00)

Baba ağlayan nəvəsini binadan atdı

Rusiyanın Labitnangi şəhərində baba nəvəsini pəncərədən atıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə 2023-cü il yanvarın ortalarında baş verib. Aksarka kəndinin 54 yaşlı sakini sərxoş halda iki yaşlı nəvəsini pəncərədən atıb. Buna səbəb isə uşağın çox ağlaması olub. Belə ki, babanın nəvəsinin çox ağlamasından bezərək, bu hərəkəti etdiyi bildirilir.

Uşaq xoşbəxtlikdən qar üzərinə düşüb. Nəticədə azyaşlı qız sağ qalıb. Qonşu körpəni götürüb evə aparıb və polisə müraciət edib.

Faktla bağlı “Yetkinlik yaşına çatmayan şəxsi öldürməyə cəhd” maddəsi ilə cinayət işi başlanıb. Məhkəmənin hökmü ilə 54 yaşlı baba 11 il müddətinə ciddi rejimli koloniyada cəza çəkəcək.

# 3027
avatar

Oxşar yazılar