Polşada polis Krynica Morska kurortuna telefonla zəng edən və partlayıcı maddələrin olduğunu bildirən 16 yaşlı qızın izinə düşüb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Bydgoszcz şəhərinin azyaşlı sakini Krynica Morskadakı otellə əlaqə saxlayıb. O, işçiləri burada tezliklə partlayış olacağı ilə hədələyib. Daha sonra bunu hüquq-mühafizə orqanları da təsdiqləyib.
"Otelin altında bomba var və o partlamaq üzrədir", - deyə azyaşlı bildirib.
Bu, otelin qonaqları arasında panikaya səbəb olub. Partlayıcı maddələrlə bağlı xəbərlərdən sonra, aralarında uşaqların da olduğu 50 nəfərin təxliyəsi barədə qərar qəbul edilib.
Krinitsa Morskayanın polisi və yanğınsöndürənləri dərhal hadisə yerinə gəliblər. Onlar bombanı da axtarıblar və nəticəyə gəliblər ki, partlayış xəbəri saxtadır. Bir müddət sonra polis müəyyən edib ki, otelə zəng 16 yaşlı qız tərəfindən edilib. O, bu prankı sosial şəbəkələrdə bu çağırışı yayımlamaq və müvafiq olaraq pul qazanmaq üçün edib.
Yeniyetmənin sözlərinə görə, o, milyonçu olmaq istədiyi üçün otel işçiləri ilə oyun oynayıb. Ancaq indi onu gözləyən pul deyil, cəzadır.
Hüquq-mühafizə orqanları bildirir ki, qız öz hərəkətinin nəticələrini dərk etməyib. Məlumata görə, məhkəmədə saxta həyəcan siqnalı verməkdə ittiham olunacaq 16 yaşlı qızın telefonunu artıq alıblar.