Azərbaycanlıların qeydiyyatı ilə bağlı araşdırma başladı
20 fevral 2024 09:45 (UTC +04:00)

Azərbaycanlıların qeydiyyatı ilə bağlı araşdırma başladı

0

Rusiyanın Pskov vilayətinin sakinləri dörd respublikadan olan miqrantları qeydiyyata alıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Pskov vilayəti üzrə mətbuat xidmətindən məlumat verilib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, Velikolukski, Strugokrasnenski və Peçora rayonlarının sakinləri evlərində Belarus Respublikası, Moldova, Azərbaycan və Özbəkistandan olan əcnəbiləri qondarma qeydiyyata alıblar. Əslində xarici vətəndaşlar qeydiyyat yerində yaşamayıblar.

Hazırda hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır. Polis bu misalların təcrid olunmadığını qeyd edərək, belə əməllərə görə cinayət məsuliyyətinin nəzərdə tutulduğunu xatırladıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 20703

Oxşar yazılar