Azərbaycanlı sürücü qəza törətdi, 15 nəfər yaralandı
16 sentyabr 2025 11:24 (UTC +04:00)

Azərbaycanlı sürücü qəza törətdi, 15 nəfər yaralandı

0

Türkiyədə azərbaycanlı sürücünün idarə etdiyi yük avtomobili qəza törədib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Trabzon şəhərinin Arsin qəsəbəsində, Karadeniz Sahil yolunda qeydə alınıb.

Azərbaycana məxsus dövlət qeydiyyat nişanlı TIR işıqforun qırmızı işığında gözləyən mikroavtobusa çırpılıb. Nəticədə TIR-la qarşıdan digər yük maşını arasında sıxılı qalan mikroavtobusda 15 nəfər xəsarət alıb. Yaralılar xəstəxanada yerləşdirilib.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 484

Oxşar yazılar