Azərbaycanlı şair insult oldu
22 oktyabr 2023 21:17 (UTC +04:00)

Azərbaycanlı şair insult oldu

0

Şair Balayar Sadiq yıxılaraq huşunu itirib.

Lent.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.

Qeyd olunub ki, vətəndaş Əliyev Balayar Sadiqoğlu huşsuz vəziyyətdə 22.10.2023-cü il tarixində Təcili Tibbi Yardım avtomobili ilə TƏBİB-in tabeliyində Kliniki Tibbi Mərkəzə gətirilib.

"O, Kliniki Tibbi Mərkəzə gətirildikdən sonra komputer tomoqrafiyası edilib. Həkimlərin müayinəsinə əsasən ona işemik insult diaqnozu qoyulub. Nitqində problem yaranıb. Hazırda o reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir", - deyə Mərkəzdən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3741

Oxşar yazılar