Azərbaycanlı qardaşlar Ukraynada faciəli   şəkildə həlak oldular
16 noyabr 2022 12:58 (UTC +04:00)

Azərbaycanlı qardaşlar Ukraynada faciəli şəkildə həlak oldular

Ukraynada daha 2 azərbaycanlı həlak olub.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, əslən Zərdab rayonundan olan 2 gənc qardaş Xerson vilayətində faciəli şəkildə həlak olublar. Onların Zərdabın hansı kəndindən olmaları və adları hələlik bilinmir.

Zərdablı qardaşların Xersonun Rusiyanın nəzarəti altında olan hissəsində öldükləri bildirilir.

Qeyd edək ki, ötən gün də Ukrayna qvardiyasının azərbaycanlı hərbçisi, polkovnik-leytenant Samir Atəşli oğlu Rüstəmovun həlak olması barədə xəbər vermişdik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3390
avatar

Oxşar yazılar