Ukraynada daha bir azərbaycanlı  HƏLAK OLDU
15 noyabr 2022 17:45 (UTC +04:00)

Ukraynada daha bir azərbaycanlı HƏLAK OLDU

Ukraynadakı müharibədə daha bir azərbaycanlı həlak olub.

Lent.az xəbər verir ki, bu barədə Ukraynada yaşayan azərbaycanlı jurnalist Anar Natiqoğlu məlumat verib. 

Onun bildirdiyinə görə, 32 yaşlı polkovnik-leytenant Samir Atəşli oğlu Rüstəmov Xarkovda döyüş tapşırığı vaxtı maşında minaya düşüb. 

Samir Rüstəmovun atası əslən Zəngilan rayonundan, anası isə ukraynalıdır. Subay idi. Samir Rüstəmov bu gün Xarkov şəhərində dəfn olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2535
avatar

Fidan İlqar

Oxşar yazılar