Rusiyada həbsdə olan azərbaycanlı müharibəyə aparılıb və orada həlak olub.
Lent.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, Qardabani sakini T. Qəribov Rusiyada həbsdə olduğu halda Ukraynada gedən döyüşlərə aparılıb.
Əldə edilən məlumatlara görə, T. Qəribov Rusiyada 14 il azadlıqdan məhrum edildiyi halda onunla şərt kəsilir ki, 6 ay müddətində Ukrayna ərazisində gedən döyüşlərdə iştirak etməyin müqabilində sərbəst buraxılacaq.
Qeyd edək ki, T. Qəribov Rusiya-Ukrayna müharibəsində gedən döyüşlərdə həlak olduğu üçün o, ölümündən sonra Rusiyanın "Şərəf" medalı ilə təltif edilib.