Azərbaycanlı iş adamı 300 milyon rubl dələduzluq etdiyinə görə həbs edilib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, iş adamı Gündüz Kərimov "Metrostroy"un keçmiş baş direktoru Nikolay Aleksandrovun həbsinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı ailəsinə vəd verib. Gündüz Kərimov bunun müqabilində keçmiş direktorun həyat yoldaşından 300 milyon rubl (8 milyon 276 min manat) istəyib.
Əldə edilən məlumatlara görə, Gündüz Kərimov verdiyi vədi yerinə yetirməyib və 300 milyon rublu mənimsəyib.
Qeyd edək ki, Gündüz Kərimov məhkəmənin qərarı ilə 3 il 8 ay azadlıqdan məhrum olub.