Rusiyanın Komi respublikası Ali məhkəməsi mütəşəkkil cinayətkar qruplaşma üzvlərinə hökm oxuyub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qruplaşmaya bu ölkədə tanınmış “qanuni oğrular”dan olan Yuri Piçuqin başçılıq edirmiş.
Onun dəstədə ən yaxın adamı isə azərbaycanlı Oqtay Əfəndiyev olub. Məhkəmənin qərarı ilə Əfəndiyev 11 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda o, 700 min rubl cərimələnib.