Azərbaycanın korrupsiyaya görə  axtarışa verdiyi gənc bu şəhərdə tutuldu
15 iyun 2024 09:24 (UTC +04:00)

Azərbaycanın korrupsiyaya görə axtarışa verdiyi gənc bu şəhərdə tutuldu

İnterpol əməkdaşları Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlını saxlayıb. 26 yaşlı gənc yanvarın 29-dan Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, saxlanılan şəxs Bakıda, “NEZ” MMC-də mühasib işləyib. Ötən il avqustun 9-dan 16-dək o, qanunsuz olaraq 18 390 Azərbaycan manatını mənimsəyib, bundan sonra yoxa çıxıb.

Saxlanılan şəxs nəzarətə götürülüb. Tezliklə ölkəsinə göndəriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2523
avatar

Mehman Nəbiyev

Oxşar yazılar