Lənkəranda 8 ədəd mina tapıldı
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisindən 8 ədəd “TM-62” markalı tank əleyhinə mina tapılıb.
Həmin minalar Daxili Qoşunların əməkdaşları tərəfindən zərərsizləşdirilib.