Azərbaycanın bu məhsulları Rusiya bazarlarından yığışdırıldı
20 noyabr 2025 10:28 (UTC +04:00)

Azərbaycanın bu məhsulları Rusiya bazarlarından yığışdırıldı

0

Azərbaycana məxsus qida şirkətinin məhsulları Rusiyadakı marketlərdən geri çağırılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, istehlakçı şikayətlərinə əsasən şirkət, tərkibində göstərilməmiş və allergenlər siyahısında qeyd olunmamış süd allergeninin mövcudluğu barədə şübhə yarandığını bildirir.

Geri çağırılan məhsulların detalları:

Məhsul adları:

Fındıq dadlı kremli vafli
Vanil dadlı kremli vafli

Qeyd olunur ki, istehsalçı: “Bulok LTD” MMC-dir. Şirkət Bakı–Sumqayıt şossesi 13-də yerləşir. Rusiyanın Səhiyyə Nazirliyindən bildirilib ki, südə və ya etiketdə göstərilən digər allergenlərə qarşı allergiyası olan istehlakçılara məhsulu istifadə etməmələri tövsiyə olunur. Allergiyası olmayan istehlakçılar məhsulu təhlükəsiz şəkildə istifadə edə bilərlər. Şirkət, Səhiyyə Nazirliyinin Qida Xidməti ilə koordinasiya şəraitində, məhsulu satışdan geri çəkir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 530

Oxşar yazılar