Azərbaycanda  təcili yardım maşını   yandı, sürücü...
24 iyun 2021 13:28 (UTC +04:00)

Azərbaycanda təcili yardım maşını yandı, sürücü...

Gəncə şəhərinin Bağman adlanan ərazisindəki Təcili tibbi yardım məntəqəsində yanğım qeydə alınıb.

Lent.az APA-ya istinadla məlumat verir ki, məntəqədə dayanan “Mercedes” markalı təcilli tibbi yardım avtomobili anidən yanıb. Dərhal əraziyə FHN əməkdaşları cəlb olunub. Yanğın söndürüb.

Yanğın zamanı avtomobilin sürücüsü, 47 yaşlı Həsənov Ruzi Zabit oğlu yanıq xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən R. Həsənova tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

# 2016
avatar

Oxşar yazılar