Azərbaycanda ŞOK:  qızılcaya yoluxan azyaşlı öldü - YENİLƏNİB
23 noyabr 2023 15:36 (UTC +04:00)

Azərbaycanda ŞOK: qızılcaya yoluxan azyaşlı öldü - YENİLƏNİB

TƏBİB Kürdəmirdə azyaşlının qızılcadan ölməsi faktına münasibət bildirib. 

Qurumdan Lent.az-a verilən məlumata görə, Kürdəmir Rayonu Qağacılı kənd sakini 2019-cu il təvəllüdlü Qəribli Rüfət Roman oğlu oktyabr-noyabr aylarında müxtəlif şikayətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müraciət edərək müvafiq müayinələrdən keçirilib, tibbi xidmət alıb.

Noyabrın 18-də yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu ilə Yoluxucu xəstəliklər şöbəsinin həkim infeksionistinin qəbulunda olub, müayinələrdən keçib və fəsadlaşma olmadığı üçün simptomatik müalicə təyin edilərək  3 gün sonra təkrar müayinəyə  dəvət olunub.

Noyabrın 21-də isə ağırlaşması olmayan qızılca diaqnozu ilə təkrar müraciət edib,  həkim məsləhəti alıb.   

Uşaq noyabrın 23-də saat 09:10-da xəstəxananın Təcili tibbi yardım şöbəsinə gətirilib və xəstəxanayaqədər ölüm təyin edilib. 

Meyit patoloji anatomik təşrihə verilib.

Anamnezində qızılcaya qarşı peyvənd olunmadığı qeyd olunub.

***

saat 10:54

Kürdəmirdə qızılcaya yoluxan azyaşlı ölüb. 

Lent.az xəbər verir ki, hadisə bu gün qeyə alınıb.

Qızılcaya yoluxan və hərarəti düşməyən rayonun Qağacılı kənd sakini, 2019-cu il təvəllüdlü Rüfət Roman oğlu Qəribli xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8547
avatar

Fidan İlqar

Oxşar yazılar