Azərbaycanda gənc müəllim şagirdi tərəfindən şantaj olunub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Siyəzən rayonunda qeydə alınıb.
Rayon 1 saylı orta məktəbin müəllimi 22 yaşlı F.F (ad şərtidir) polisə müraciət edərək həmin məktəbin 11-ci sinif şagirdi İ.H tərəfindən şantaj olunduğunu bildirib.
Qadın müəllimə şikayətində şagirdinin onu şəkillərini yayacağı ilə hədələyərək pulunu aldığını qeyd edib.
Müəllimə həmçinin polisə bildirib ki, həmin məktəbin daha iki şagirdi də onu narahat edib.
Müəllim şagirdlərin ona qarşı etdiyi bu tərbiyəsizlikdən sarsıntı keçirərək intihara cəhd edib. Belə ki, o, intihar məqsədi ilə özünə bıçaqla xəsarət yetirib, ailə üzvlərinin müdaxiləsi nəticəsində intiharın qarşısı alınıb.
Baş vermiş hadisə ilə bağlı Siyəsən Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Adı çəkilən şagirdlər saxlanılaraq onların ifadələri alınıb. Lakin onlar məktəbli olduğu üçün sərbəst buraxılıblar.
Faktla bağlı araşdırılma aparılır.