Sabirabadda yanan məscid
06 iyul 2021 13:19 (UTC +04:00)

Sabirabadda yanan məscid

Azərbaycanda qardaşlar kənd məscidlərini yandırdılar - ŞOK SƏBƏB - RƏSMİ

Sabirabad rayonunun Qaratoğay kəndində eyni anda iki məscidi yandıranların kimliyi bilinib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov Lent.az-a bildirib ki, məscidləri kənd sakinləri Fuad və Şahbaz Nəbiyev qardaşlarının yandırdığı məlum olub:

“İyulun 1-də saat 23 radələrində naməlum şəxslər Sabirabadın Qaratoğay kəndində iki məscid əşyalarla birlikdə yandırıb. Dərhal faktla bağlı Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə; yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşları məscidi yandıran şəxs və şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirib. Artıq polis həmin məscidləri yandıran adamları müəyyənləşdirib. Cinayəti törədənlərin elə həmin kənd sakinləri Fuad və Şahbaz Nəbiyev qardaşları saxlanılıblar.

İlkin istintaqda müəyyən edilib ki, qardaşlar öz ata evlərinin yaxınlığında yerləşən məscidə nəzarət edirmişlər. Orada yığılan nəzir və sədəqələri həmin qardaşlar götürürmüş. Qardaşlardan biri məscidə rəhbərlik edib. Məscid köhnə və təmirə ehtiyacı olduğuna görə insanlar son zamanlar ora gəlməyiblər.

Kənd sakinləri daha çox tam təmirli olan digər məscidi ziyarət edirmiş. Bu səbəbdən qardaşlar hər iki məscidi yandırıblar. Yanğından sonra məscidlər kənd camaatı tərəfindən eyni cür təmir olunacağını güman ediblər.

Hadisə günü gecə saatlarından qardaşlardan biri təzə məscidi, digəri isə özlərinin nəzarət etdiyi köhnə məscidi yandırıblar. Onlar məsciddə döşəkçələri yandırıb qaçıblar. Əvvəlcədən belə qərara gəliblər ki, ikisi də yansa, heç kim bunlardan şübhələnməyəcək. Buna baxmayaraq polis əməkdaşlarının keçirdiyi əməliyat-axtarış tədbirləri nəticəsində məscidləri yandıran şəxslər müəyyən edilərək saxlanılıb və hər ikisi törətdiyi əməli etiraf edib”.

Qeyd edək ki, bir neçə gün əvvəl Sabirabad rayonunun Qaratoğay kəndində məscidin yandırılması barədə xəbər vermişdik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10545

Oxşar yazılar

FTX azərbaycanlını casus adı ilə  belə həbs etdi - VİDEO

FTX azərbaycanlını casus adı ilə belə həbs etdi - VİDEO

21 avqust 2025 , 17:40
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

21 avqust 2025 , 16:31
Ağdamda gənc qadın itkin düşdü - FOTO

Ağdamda gənc qadın itkin düşdü - FOTO

21 avqust 2025 , 15:51
Məhkəmə Rəqsanəni həbsdən BURAXMADI

Məhkəmə Rəqsanəni həbsdən BURAXMADI

21 avqust 2025 , 15:23
Ana qızının toyunda  infarktdan öldü

Ana qızının toyunda infarktdan öldü

21 avqust 2025 , 13:19
Müayinəyə gələn hamilə   xəstəxanada öldü

Müayinəyə gələn hamilə xəstəxanada öldü

21 avqust 2025 , 11:42
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ

Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ

21 avqust 2025 , 11:07
Narkotikin təsiri altında qəza törətdi, həbs edildi

Narkotikin təsiri altında qəza törətdi, həbs edildi

21 avqust 2025 , 10:35