Azərbaycanda qadın İNTİHARA CƏHD  etdi
25 iyun 2021 19:37 (UTC +04:00)

Azərbaycanda qadın İNTİHARA CƏHD etdi

0

 

Sabirabadda qadın sirkə turşusu içərək özünə qəsd edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Nizami kənd sakini, 1973-cü il təvəllüdlü Səmədova Yaqut Rizvan qızı sirkə turşusundan zəhərlənib.

O, mədə və qida borusunun kimyəvi yanıq diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Qohumlarının bildirdiyinə görə, qadın mütəmadi olaraq həyat yoldaşı tərəfindən döyülüb və zorakılığa məruz qalıb. O, bir müddət əvvəl bu barədə polisə şikayət ərizəsi ilə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1959

Oxşar yazılar