“Tik-tok” sosial şəbəkəsində Sabirabadda polis zabitinin tabeliyində olan əməkdaşlardan rüşvət alması iddia olunan görüntülər yayılıb.
Daxili İşlər Nazirliyin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Lent.az-a yayılan görüntülərdən məlumatlı olduqlarını bildirib. O qeyd edib ki, görüntülər qərəzlidir, məqsədli olaraq sosial şəbəkələrə ötürülüb: “Bu, 3 il əvvəl Sabirabad rayon Polis Şöbəsinin Post-Patrul bölüyünün iclasında bir müddət bundan öncə Daxili İşlər orqanlarından mənfi motivlərə görə xaric olunan əməkdaş tərəfindən çəkilib. Həmin iclasda bir yubiley tədbirinin təntənəli keçirilməsi üçün bölük əməkdaşlarının təşəbbüsü olub. Lakin sonradan tədbir baş tutmayıb. Görüntüdə əks olunan bölük komandiri olub”.