Azərbaycanda polis əməkdaşı özünə xəsarət yetirib.
Lent.az verir ki, hadisə Şəmkir rayonunda qeydə alınıb.
Bildirilir ki, Şəmkir Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Süleyman Əliyev xidmətə gedərkən xidməti silahı ilə ehtiyatsız davranıb və nəticədə atəş açılıb. S.Əliyev hadisə zamanı xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib, müalicəsi davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti Lent.az-a faktı təsdiqləyib.