Sumqayıtda lisey binasında meyit tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin 42-ci məhəlləsində yerləşən 10 saylı peşə liseyində qeydə alınıb.
Liseyin binasında naməlum kişi meyiti aşkar edilib. Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü İlham Piriyev olması müəyyən edilib.
Hadisənin təfərrüatları məlum deyil.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.