Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşları mayın 26-da şəhər ərazisində ov tüfəngi ilə sahibsiz itləri vurduğuna görə şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işçisi A.Şükürovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, saxlanılan şəxsdən müvafiq sənədləri olan “İJ-18” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.