Azərbaycanda itkin düşən kişinin meyiti dərədən  tapıldı - YENİLƏNİB
03 iyun 2025 20:56 (UTC +04:00)

Azərbaycanda itkin düşən kişinin meyiti dərədən tapıldı - YENİLƏNİB

Xəbərə video əlavə olunub.

***

13:18

Lerikdə itkin düşən kişinin meyiti tapılıb.

Lent.az xəbər verir ki, axtarışlar zamanı itkin düşən şəhər sakini 35 yaşlı Şərifov Şahin Musa oğlunun meyiti Zuvand kəndində, 70 metrlik dərinlikdə, çay kənarında tapılıb.

Mərhumun hansı səbəblə öldüyü hələlik bilinmir. Meyit müayinə olunması üçün aidiyyəti üzrə şöbəyə göndərilib.

Araşdırma aparılır.

***
10:55

İtkin düşən Lerik sakininin tapılması üçün tədbirlər görülür.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Lerik rayon sakininin itkin düşməsi ilə bağlı daxil olmuş məlumat üzrə həmin şəxs axtarışa elan edilib. Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

***
10:04

Lerikdə kişi itkin düşüb.

Lent.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Məlumata əsasən, Lerik şəhərində yaşayan Şərifov Şahin Musa oğlu mayın 31-i, saat 21.55-dən etibarən müəmmalı şəkildə yoxa çıxıb. Qeyd olunur ki, hazırda bütün rayon camaatı və rayon Polis Şöbəsi əməkdaşları onun axtarışındadır.

Onu görənlərdən polisə məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7850

Oxşar yazılar

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

4 iyun 2025 , 23:41
Naxçıvanda  QƏZA:   yaralılar var

Naxçıvanda QƏZA: yaralılar var

4 iyun 2025 , 20:32
Bakıda evdən kişi meyiti  tapıldı

Bakıda evdən kişi meyiti tapıldı

4 iyun 2025 , 19:33
Gədəbəydə qadın yaşadığı evdə ölü tapıldı

Gədəbəydə qadın yaşadığı evdə ölü tapıldı

4 iyun 2025 , 18:26
Azərbaycanda qanunsuz dini təbliğat aparanlar ölkədən QOVULDU

Azərbaycanda qanunsuz dini təbliğat aparanlar ölkədən QOVULDU

4 iyun 2025 , 17:20
4 ay əvvəl təyin olunan polis rəisi istefa verdi

4 ay əvvəl təyin olunan polis rəisi istefa verdi

4 iyun 2025 , 17:16
Azərbaycanın dünyada axtardığı şəxs Ukraynada tutuldu

Azərbaycanın dünyada axtardığı şəxs Ukraynada tutuldu

4 iyun 2025 , 16:50
Birləşmiş Ərəb Əmirliyi onu Azərbaycana təhvil verdi

Birləşmiş Ərəb Əmirliyi onu Azərbaycana təhvil verdi

4 iyun 2025 , 16:43