Rusiyanın Yekaterinburq şəhərinin əsas kriminal avtoriteti, cinayətkar iyerarxiyada ən yüksək mövqeyi tutmaqda ittiham olunan Marsel Həsənov, istintaq təcridxanasında təhlükəsizliyinin təmin olunmasını xahiş edib. O, müəssisədə guya ona qarşı təzyiq olduğunu iddia edir.
Lent.az yerli mediaya istinadla bildirir ki, lakin bu məlumatları Cəzaçəkmə Müəssisələrinin Baş İdarəsi təkzib edib.
Həsənov deyib ki, “əgər onu qoruma altına alsalar”, təcridxanada qalmağa hazırdır. “Həblər verirlər, mən altıma edirəm. Ayaqlarım sanki ölçüsünü dəyişir” — deyə o, vəziyyətini təsvir edib. O, həmçinin ev dustaqlığına keçirilməsini xahiş edib, prokuror isə həbs-qətimkan tədbirinin uzadılmasında israrlıdır.
Bundan əlavə, Həsənov həbsxana əməkdaşını təhqir etməkdə və ona hədə-qorxu gəlməkdə də ittiham olunur. O isə bu ittihamları rədd edir. Bildirir ki, iş saxtalaşdırılıb və irəli sürülən ittihamlar əsassızdır.