Azərbaycan hökumətinin gördüyü mərhələli və koordinasiyalı tədbirlər nəticəsində iyunun 3-də Suriyaya gedən 13 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası keçirilib.
İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.
İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib.
Azərbaycanın Türkiyədəki səfirliyinin müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycana qayıdış şəhadətnamələri və təyyarə bileti ilə təmin olunub.
Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.