Azərbaycanda intihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb.
Lent.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında Baş prokuror Kamran Əliyev bildirib.
O qeyd edib ki, 2024-cü ilin birinci yarımili ərzində intihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb.
Aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində intihar və intihara cəhd hallarının azalmasında müsbət tendensiya müşahidə edilməkdədir.
Belə ki, 2024-cü ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrin sayı 1,9 %, intihara cəhd hadisələrin sayı isə 8,9 % azalmışdır.