Neftçalada qadının özünü öldürməsinə görə ərinə cinayət işi açılıb.
Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, oktyabrın 10-da Neftçala rayon sakini 47 yaşlı Qızqayıd Xəlilovanın yaşadığı evin həyətində yerləşən metal borudan özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Aydın Xəlilova Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddələrilə ittiham elan edilib.
Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.