Gəncədə intihara cəhd hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. L. M. özünü binanın 3-cü mərtəbəsindən atıb. Dərhal gənc qız xəstəxanaya yerləşdirilib,vəziyyətinin orta ağır olduğu bildirilir.
İlkin məlumata görə, 25 yaşlı qız imtahandan kəsildiyi üçün intihara cəhd edib.
Faktla bağlı araşdırma aparılır.