Azərbaycanda  hərbi hissə komandiri   minaya düşdü - YENİLƏNİB  - FOTO
26 iyul 2022 20:14 (UTC +04:00)

Azərbaycanda hərbi hissə komandiri minaya düşdü - YENİLƏNİB - FOTO

İyulun 26-sı Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri Vüqar İsbəndiyarovun minaya düşməsi barədə məlumat daxil olmuşdur.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a məlumat verilib.

Hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Aparılmış ilkin araşdırmalarla Vüqar İsbəndiyarovun rayonun Cəmilli kəndi ərazisində xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir.

Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda istintaq davam edir.

***

Saat 19:48

İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı baş verib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsbəndiyarov Vüqar Tofiq oğlu xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7530
avatar

Oxşar yazılar