Yevlaxda ölümlə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, hadisə noyabrın 7-də səhər saatlarında Yevlax rayonunun Səmədabad kəndi ərazisində qeydə alınıb. Gəncə şəhər sakini Famil Qasımov idarə etdiyi “BMW” markalı avtomobili su kanalına aşırıb.
Nəticədə F. Qasımov və sərnişini Nuranə Hüseynova ölüb. Digər sərnişinlərdən Xəyalə Hüseynova xəstəxanaya yerləşdirilib, Günay Hüseynovanın meyiti tapılaraq, aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 17 yaşlı N. Hüseynovanın bu gün toyu olacaqmış. Onlar gözəllik salonuna gedərkən qəzaya düşüblər.