Bakıda iki Hindistan vətəndaşı ölüb.
Daxili İşlər Nazirliyindən Lent.az-a veilən məlumata görə, iyulun 23-də saat 11 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qəsəbə sakini H.Həsənov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb.
Nəticədə maşında olan sərnişinlərdən Hindistan vətəndaşları - Pervin Shroff və Malhotra Neena hadisə yerində ölüb, sürücü və digər sərnişin isə xəstəxanaya yerləşdiriliblər.
Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.