Quba Regional Perinatal Mərkəzində doğuş zamanı ana və körpəsi ölüb.
Lent.az APA-ya istinadla xəbər verir ki, Xaçmaz rayonunun Hülövlu kənd sakini 24 yaşlı Nəsirova Samirə Bəhruz qızı doğuş üçün Quba Regional Perinatal Mərkəzə gətirilib. Əməliyyat zamanı o və dünyana gələn köprəsi dünyasını dəyişib.
Bu, S.Nəsirovanın ikinci hamiləliyi olub, onun 3 yaşında daha bir övladı var.
Faktla bağlı araşdırma aparılır.