Yevlax rayon sakini, 44 yaşlı Ramil Əhmədov bu ilin aprel ayının 14-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, R. Əhmədov arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, ortaboyludur. Evdən çıxarkən onun üzərində sarı-qəhvəyi rəngli köynək və göy rəngli şalvar olub.
Onun ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Yevlax Rayon Polis Şöbəsinə 022-33-6-45-02 şəhər və 051-468-11-11 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.